Xaçmazda meşə fonduna aid 1 hektar ərazi yanıb

Xaçmazda meşə fonduna aid 1 hektar ərazi yanıb
17:27 12 Mart 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Xaçmaz rayonunda meşə fonduna aid ərazidə yanğın qeydə alınıb.

Milli.Az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mirzəmməd kəndində baş verib. Meşə fonduna aid 1 hektar ərazidə quru ot və kol-kos yanıb. Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/738288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR