Astarada 15 ədəd təlim məqsədli tank əleyhinə mina tapılıb

Astarada 15 ədəd təlim məqsədli tank əleyhinə mina tapılıb
01:17 13 Mart 2019
39 Digər
Ölkə mətbuatı
A- A+

Martın 12-də ANAMA-ya Astara şəhərinin Aydın Məmmədov küçəsi, 47 ünvanında minanın tapılması barədə məlumat daxil olub.
“Report” xəbər verir ki, məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Astara rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 15 ədəd təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) tank əleyhinə mina (TM-62M) aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Minaların ətrafında 1,500 kv.m əraziyə yerüstü, 500 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.









Xəbərin orijinal ünvanı: https://report.az/hadise/astarada-15-eded-telim-meqsedli-tank-eleyhine-mina-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR