"Azəriqaz": Bu il 81,7 km yeni qaz kəməri çəkilib

"Azəriqaz": Bu il 81,7 km yeni qaz kəməri çəkilib
01:43 13 Mart 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirə salınmaz işlər həyata keçirilir.

Birlikdən Trend-ə verilən məlumata görə, əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğacları yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqları yeniləri ilə əvəz edilir.

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən 2019-cu ilin yanvar-fevral ayları ərzində 81,7 km yeni qaz kəməri çəkilib, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 53,7 km qaz kəməri əsaslı təmir olunub.

Cari ildə Ağcabədi rayonu üzrə 1,Beyləqan rayonu üzrə 1, Gədəbəy rayonu üzrə 6, İsmayıllı rayonu üzrə 1, Ağsu rayonu üzrə 6 və Şamaxı rayonu üzrə isə 3 olmaqla ümumilikdə 18 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3031683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR