ÇL: Barselona və Münhendə 1/4 finala kim çıxacaq? - YENİLƏNİR

ÇL: Barselona və Münhendə 1/4 finala kim çıxacaq? - YENİLƏNİR
02:28 13 Mart 2019
136 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün keçiriləcək 2 oyunla Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Publika.az xəbər verir ki, cavab görüşləri çərçivəsindəki qarşılaşmalar Münhen və Barselonada baş tutacaq.

İlk qarşılaşmada qolsuz heç-heçə edən “Barselona” və “Lion” “Nou Kamp”da üz-üzə gələcək. Qitənin ən nüfuzlu klub turnirinin favoritlərindən olan kataloniyalılar 1/4 finala adlamaq üçün qalib gəlməlidirlər.

Günün daha çox maraq kəsb edən matçında “Bavariya” “Liverpul”u qəbul edəcək. Almanlar mərhələ adlamaq üçün mütləq qələbə qazanmalıdı. "Liverpul"u isə 1/4 finala çıxmaq üçün istənilən hesablı bərabərlik də qane edir.

Çempionlar Liqası, 1/8 final
Cavab oyunları
13 mart

00:00. “Barselona” (İspaniya) – “Lion” (Fransa)
Barselona. “Nou Kamp” stadionu. Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 0:0

00:00. “Bavariya” (Almaniya) – “Liverpul” (İngiltərə)
Münhen. “Alyans Arena”. Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun – 0:0


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/272476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR