Qadınların qənimi olan polis həbs edildi

Qadınların qənimi olan polis həbs edildi
17:41 14 Yanvar 2015
178 Sosial
Ölkə mətbuatı
A- A+

Rusiyanın İrkutsk vilayəti məhkəməsi keçmiş polisi ömürlük azadlıqdan məhrum edib.

ANS PRESS-in məlumatına görə, Anqarsk şəhərindən olan Mixail Popkov 24 cinayət işində - 22 qadının ölümündə və 2 ölüm sui-qəsdində günahlandırılır. O, cəzasını ciddi rejimli koloniyada çəkməklə yanaşı, zərərçəkmişlərin qohumlarına 7 milyon rubl dəyərində mənəvi təzminat ödəyəcək.

Popokov günahını etiraf edib. O, bu cinayətləri 1994-2000-cı illərdə törədib. Bu illərdə axşam və gecə saatlarında Anqarsk şəhərində ictimai yerlərdən qadınlar yoxa çıxırdı. Sonradan onların zorakılıqla öldürülmüş cəsədləri tapılırdı. Cinayət yerində çox vaxt "Niva" markalı avtomobilin təkər izlərinə rast gəlinirdi. Hüquq-mühafizə orqanları bütün regionda bu markalı maşınların sahiblərini diqqətlə araşdırır və nəhayət 1998-ci ildə daxili işlər orqanlarından pensiyaya çıxmış Popkovun izinə düşə bilir.

İstintaqın gedişatında təxminən 300-ə yaxın müxtəlif məhkəmə - kriminal ekspertizalar keçirilib, 2,5 mindən çox genetik araşdırmalar aparılıb, 2 mindən çox şahid dindirilib. Sözügedən cinayət işinin materialları 200 cilddən artıqdır. Popkovun törətdiyi cinayətlərdə ilkin olaraq təxminən 30 mindən çox insan şübhəli qismində istintaqa çağırılıb.

2012-ci ilin iyununda aparılmış molekulyar-genetik ekspertiza onun bu cinayəti şəxsən törətdiyini bir daha təsdiqləyir. Popkov həmin il Vladovostokda saxlanılıb. Qatil ilkin istintaqlarda yalnız üç qadını öldürdüyünü etiraf edib. Lakin istintaqın gedişatında o, digər cinayətləri törətdiyini də boynuna alıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR