İNANILMAZ! Dünyanın ən təhlükəli maddəsi imiş

Diyarbəkirdə tarixi əsər qaçaqmalçılarına keçirilən əməliyyatda, kaliforniyum olduğu dəyərləndirilən 7 qram kimyəvi maddə ələ keçiriilib.

Metbuat.az türk mediasına istinadla xəbər verir ki, dünyanın ən bahalı maddələrindən biri olan və qızıl axtaranda da istifadə edilən kimyəvi maddə araşdırma üçün Türkiyə Atom Enerjisi Qurumuna göndərilib. Əməliyyatda 1195 tarixi əsər də ələ keçirilib.

Rayon Jandarm Komandanlığı Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlər Şöbə İdarəsi ilə Kayapınar Rayon Jandarm Komandanlığı briqadaları, tarixi əsər qaçaqmalçısının əlindəki 1000 ədəd tarixi sikkəni satmaq üçün alıcı axtardığı məlumatını əldə edib. Şübhəlinin əlində kimyəvi maddə kaliforniyum olduğu istiqamətində də təlimat alan jandarm dəstələri, 12 mart çərşənbə günü əməliyyat üçün düyməyə basıb. Şübhəli Kayapınar rayonunda, tarixi əsərlər ilə kimyəvi maddəni satmaq istəyərkən, cinayət üstündə tutulub.

Şübhəlinin üzərində və avtomobilində aparılan axtarışda, kaliforniyum olduğu dəyərləndirilən 7 qram kimyəvi maddə ilə Roma və Bizans dövrlərinə aid 1167 bürünc sikkə, 10 gümüş sikkə, 3 üzük, 15 obyekt ələ keçirilib. 1195 tarixi əsər ilə kimyəvi maddəyə əl qoyulub. Jandarm alıcı 2 şübhəlini də nəzarətə alıb. 3 şübhəlinin sorğu-sualı davam edərkən, kimyəvi maddənin araşdırılması üçün Türkiyə Atom Enerjisi Qurumuna (TAEK) göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR