Gürcüstanda uranı 2,8 mln. dollara satmaq istəyən iki nəfər saxlanılıb

Gürcüstanda uranı 2,8 mln. dollara satmaq istəyən iki nəfər saxlanılıb
14:37 13 Mart 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda nüvə materialının qanunsuz əldə edilməsi və satışı ilə məşğul olan iki şəxs saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
Saxlanılan şəxslər cinayətkar qruplaşmanın üzvləri olan Qoça Q. və Roman K. adlı Gürcüstan vətəndaşlarıdır.
İstintaqla müəyyən olunub ki, həmin şəxslər Kobuletidə “uranium” nüvə maddəsini 2,8 mln. dollara satmağı planlaşdırıblar. Onların üzərində axtarış apaarılan zaman tərkibində “uranium -238” radioaktiv izotop olan ümumi çəkisi 40,19 qram olan və nüvə madddəsi kateqoriyasına düşən maddə aşkarlanıb.
Müsadirə olunmuş maddə həyat və sağlamlıq üçün təhlükəli sayılır. 
Faktla bağlı DTX-nın Əks-kəşfiyyat Baş İstintaq İdarəsində araşdırma aparılır. 
Saxlanılan şəxsləri 5 ildən 10 ilədək həbs cəzası gözləyir. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gurcustanda-urani-2-8-mln-dollara-satmaq-isteyen-iki-sexs-saxlanildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR