"Bu əsl biabırçılıqdır!" - Bekhem zarafat qurbanı oldu - VİDEO - FOTO

"Bu əsl biabırçılıqdır!" - Bekhem zarafat qurbanı oldu - VİDEO - FOTO
14:52 13 Mart 2019
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur futbolçularından biri Devid Bekhem zarafatın qurbanı olub.

Milli.Az ABC-yə istinadən bildirir ki, "The Late Late Show" teleşousunun aparıcısı, 40 yaşlı Ceyms Korden 43 yaşlı futbolçunu ABŞ-ın Los-Anceles şəhərində, "Los-Anceles Qelaksi" stadionunun önündə ucaldılacaq heykəlinə baxmağa dəvət edib.

Klubun prezidenti Kris Kleynin də qatıldığı "təqdimat mərasimi"ndə gerçək heykəlin müəllifi Ömər Əmrani kimi özünü təqdim edən aktyor Maz Cəbrani də vardı.

Devid Bekhemin gerçək heykəli martın 3-də "StubHub Center" arenasının önündə ucaldılıb.

Saxta heykəlini görəndə Devid Bekhem sinirlənib. Çünki "heykəl"in gözləri çaş, çənəsi uzun və əyri, ayaqları eybəcərdi. Üstəlik, Bekhemin heykəlinin ağzında vur-tut üç dişi vardı.

Təqdimat mərasimi zamanı Bekhemə heykəlin rəsmi açılışı zamanı göstəriləcək video da nümayiş olunub. Videoda Bekhemin gözəl qolları və ötürmələri ilə yanaşı, onun xəbərdarlıq aldığı və meydandan qovulduğu anlar da vardı.

Şoka düşmüş Bekhem deyib: "Bu nədir?! Heykəl mənə bənzəmir. Bu heykəli stadionun önünə qoymaq olmaz. Valideynlərim, arvadım gələcəklər. Yaxşı ki, uşaqlarım heykəli görməyiblər. Yoxsa ağlayardılar. Biabırçılıqdır!"

Az sonra heykəli aparmaq istəyən fəhlə onu yerə salaraq sındırıb.

Sonda qrimsiz Korden pərt olmuş Bekhemə yaxınlaşaraq baş verənlərin zarafat olduğunu deyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/738437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR