"Çıraqqala" abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinə 2 milyon manat ayrılıb

"Çıraqqala" abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinə 2 milyon manat ayrılıb
16:47 13 Mart 2019
102 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev "Çıraqqala" abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 
"Report" xəbər verir ki, sərəncamla Şabran rayonunun ərazisində yerləşən, V–VI əsrlərə aid "Çıraqqala" abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/ciraqqala-abidesinde-mohkemlendirme-berpa-konservasiya-islerine-2-milyon-manat-ayrilib33

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR