Azərbaycanda şübhə doğuran saytlarla bağlı “QARA SİYAHI” hazırlandı

Azərbaycanda şübhə doğuran saytlarla bağlı “QARA SİYAHI” hazırlandı
17:49 13 Mart 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi Bakıda keçirilən “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “blacklist.gov.az” informasiya resursunu təqdim edəcək.

 

Bu barədə ONA-ya Mərkəzdən bildirilib.  Söhbət insanları zərərli kontentlərdən qoruyan resursdan gedir ki, onun digər əsas funksiyalarından biri istifadəçi IP-lərinin virusa yoluxması barədə məlumatlandırması olacaq. 

 

“Burada insanları hədəfə alan, özündə zərərli məzmun saxlayan resursların siyahısı yerləşdiriləcək. İstifadəçilər özləri də şübhə doğuran saytlarla bağlı şikayət yollaya biləcəklər”, - deyə Mərkəzdən bildirilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308404

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR