"Barselona" ilə matçdan öncə "Lion"un beş azarkeşinə hücum olub

"Barselona" ilə matçdan öncə "Lion"un beş azarkeşinə hücum olub
20:52 13 Mart 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İspaniya "Barselona"sı ilə matçdan öncə "Fransa"nın "Lion" komandasının beş azarkeşi hücuma məruz qalıb.
"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, klubun 4 fanatına bibər qazı ilə hücum olunub.
Fransa təmsilçisinin bir azarkeşi isə başından zədə alaraq xəstəxanaya yerləşdirilib. Polis fanatlara hücum edən şəxsləri axtarır.
Qeyd edək ki, "Barselona" - "Lion" matçı bu gün Kataloniyada keçiriləcək. Fransadakı ilk matç 0:0 hesabı ilə yekunlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barselona-ile-matcdan-once-lion-un-bes-azarkesine-hucum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR