Müsəlman kralın taxtdan düşməsinə səbəb olan arvadının intim görüntüləri yayıldı - FOTO

Müsəlman kralın taxtdan düşməsinə səbəb olan arvadının intim görüntüləri yayıldı - FOTO
10:18 14 Mart 2019
147 Şou
Ölkə mətbuatı
A- A+

Malayziya Kralı Sultan 5-ci Məhəmmədin özündən 24 yaş kiçik həyat yoldaşının başqa kişi ilə hovuzda çəkilmiş intim görüntüləri ortaya çıxıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Malayziya kralı Sultan 5-ci Məhəmməd rus gözəllik kraliçası Oksana Voevodina ilə keçən ilin noyabr ayında evlənmişdi. Toydan sonra modelin İslamı qəbul etdiyi və hicab geyindiyini açıqlanmışdı. Ancaq modelin keçmişi onu rahat buraxmayıb.

Oksana Voevodinanın model kimi fəaliyyət göstərdiyi günlərdə bir televiziya şousu zamanı hovuzda kişi ilə cinsi əlaqəyə girdiyi görüntülərin ortaya çıxması ölkədə şok yaradıb.

Xatırladaq ki, cütlüyün toyu 22 noyabrda Rusiyanın ən lüks salonlarından birində baş tutmuşdu. Toyda spritli içkilər verilməmişdi, həmçinin bütün yeməklərin halal olmasına diqqət edilmişdi. Malayziya Kralı milli geyim, gəlin isə ağ bir gəlinlik geyinmişdi.

Oksananın hamilə qalması üçün toydan sonra Almaniyada müalicəyə başladığı da danışılmışdı. Sonsuzluq problemi olduğu deyilən birinci xanımın açıq-saçıq görüntülərinin yayımlanması sonra kral taxtdan uzaqlaşdırılması üçün ictimaiyyətin təzyiqinə məruz qalmışdı. Ancaq kraldan vəzifədən kənarlaşdırılmasının səbəbi açıqlanmayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/272598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR