“Hər il Azərbaycandan çox istedadlı gənclər gəlir"

Ötən gün "Öldür beni sevgilim" filminin qala gecəsi keçirilib.

Metbuat.az xəbər verir ki, filmin baş rol ifaçıları Murad Boz və Seda Bakan mətbuat konfransı zamanı müxbirlərin suallarını cavablandırıb.

Murad Boz ona ünvanlanan “müğənnilik yoxsa aktyorluq” sualına belə cavab verib:

“Əlbəttə ki, müğənnilik. Bu, mənim əsas işimdir. Hətta işim yox, eşqim deyim. Mən film izləməyi çox sevirəm və elə aktyorluğa maraq da burdan yaranıb. Bir neçə layihədə özümü yoxladım, məncə hələ ki yaxşı alınır”.

“O ses Türkiye” verilişindən də söhbət açan M.Boz yarışmaya qatılan azərbaycanlı iştirakçılardan da danışıb:

“Hər il Azərbaycandan çox istedadlı gənclər gəlir yarışmaya. Mənim komandamda da olub azərbaycanlı iştirakçılar. Bu, bizim üçün böyük bir xoşbəxtlikdir”.


Sevinc Kərimova / Metbuat.az

"Ən böyük layihəm dünyaya gələcək övladımdır" - Aktrisadan açıqlama


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR