Rusiyada yol qəzasında xəsarət azərbaycanlı xəstəxanada öldü

Rusiyada yol qəzasında xəsarət azərbaycanlı xəstəxanada öldü
11:28 14 Mart 2019
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində xəsarət alan azərbaycanlı yaralılardan daha bir nəfəri dünyasını dəyişib.

Dha öncə Trend-ə açıqlamasında Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev martın 11-də daha bir yaralının xəstəxanada öldüyü və bununla da qəzada ölənlərin sayının 7 olduğunu bildirmişdi.

Xatırladaq ki, martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobus Rusiyanın Stavropol şəhərində qəzaya uğramışdı. Hadisə nəticəsində mikroavtobusda olan Ağcabədi rayon sakinləri, 1962-ci il təvəllüdlü Namiq Tohid oğlu Əhmədov, 1969-cu il təvəllüdlü Ələmdar Niftalı oğlu Abdullayev, 1975-ci il təvəllüdlü Rəsul Ənvər oğlu Həsənov, 1983-cü il təvəllüdlü Şəmsi Tanrıverdi oğlu İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Alı oğlu Quliyev və 1988-ci il təvəllüdlü Xəyal Hamlet oğlu Şirinov dünyasını dəyişib, 3 azərbaycanlı isə xəsarət almışdı.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/272619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR