"Hesab 2:1 olanda belə qorxmadıq" - Valverde

"Hesab 2:1 olanda belə qorxmadıq" - Valverde
11:37 14 Mart 2019
92 İdman
Ölkə mətbuatı
A- A+

Birinci hissədə əla oynadıq. İlk hissədə iki qol vurduq və daha bir dəfə fərqlənə bilərdik. İkinci yarıda "Lion" risk etməyə başladı və hesabı 2:1 etdi. Ancaq futbolçularım düzgün oyunla istədikləri nəticəni əldə etdilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasınnı 1/8 finalında "Lion"a 5:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib.

"Çempionlar Liqasında arxayınlaşmaq olmaz. Çünki 2:0 hesabı növbəti mərhələyə yüksəlmək üçün bəzən yetərli olmur. Səfərdə 1 qol vursaydıq, daha rahat ola bilərdik. Ancaq hesab 2:1 olanda belə qorxmadıq".

E.Valverde sözügedən matçda dubla imza atan Lionel Messi haqda da danışıb: "Bütün oyunçular Çempionlar Liqasının səviyyəsinə uyğun oynadılar. Messi də möhtəşəm idi. O, əla oyun nümayiş etdirdi".

"Barselona"nın baş məşqçisi 1/4 finalda istənilən rəqibin onlar üçün çətin olacağını vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/738763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR