Lam karyerasını başa vuracaq

Lam karyerasını başa vuracaq
17:48 14 Yanvar 2015
145 İdman
Ölkə mətbuatı
A- A+

Azəbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Məftun Salmanov/

"Bavariya" klubunun müdafiəçisi Filip Lam gələcək planları barədə danışıb.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, almaniyalı futbolçu 2018-ci ildə karyerasını başa vuracağını deyib.

O bildirib ki, klubla müqavilə müddəti 2018-ci ilə qədərdir: "Həmin vaxt 34 yaşım olacaq. Karyeranı başa vurmağın əsl vaxtıdır".

F.Lam əlavə edib ki, ABŞ və ya Çində oynamaq fikri yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2353288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR