Sabiq prezident Azərbaycan-Gürcüstan münasibətlərindən danışdı

Sabiq prezident Azərbaycan-Gürcüstan münasibətlərindən danışdı
12:53 14 Mart 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

"Bu beynəlxalq forum mənim üçün çox əhəmiyyətlidir. İlk dəfə deyil ki, iştirak edirəm. Gələcək əməkdaşlıq, qlobal siyasət mövzuları və mühüm suallara cavab tapmağımız üçün güclü zəmin yaradır".

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında VII Qlobal Bakı Forumunda iştirak edən Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvili deyib.

Azərbaycan-Gürcüstan münasibətlərinin ortaq maraqlar üzərində qurulduğunu dilə gətirən eks-prezident bunları deyib:

"Biz strateji partnyoruq və əməkdaşlığımızı nəinki öz millətlərimizin, həmçinin digər xalqların da çiçəklənməsi yolunda qururuq. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də birgə inkişaf etdirdiyimiz sahələr haqda danışdı. Xüsusən də nəqliyyat və energetika sektorunu vurğulamaq istərdim. Münasibətlərimizi fəal məcraya salacaq TAP layihəsinin adını çəkmək lazımdır. Bu layihə nəinki regionun, eləcə də bütün Cənubi Avropanın enerji məsələrinin həllini təmin edəcək. Gürcüstan həmişə bütün məsələlərin həllində, həmçinin Qarabağ münaqişəsi mövzusunda beynəlxalq hüquqlar əsnasında qurulmuş sülh münasibətlərinin tərəfdarı olub. Azərbaycanla Gürcüstan arasında uzun əsrlərə söykənən, prezidentlərimizin inkişaf etdirdiyi dərin münasibət var. Heydər Əliyevlə Eduard Şevarnadzenin müstəqilliyimizin ilk günlərindən qurduqları qarşılıqlı möhkəm əlaqələr davam etdirilir".

Gülxar, Leyla

Foto: Pərviz Həşimi


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/272635.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR