Ağsuda yük maşını su kanalına aşıb, sürücüsü ölüb

Ağsuda yük maşını su kanalına aşıb, sürücüsü ölüb
19:42 14 Mart 2019
119 Digər
Ölkə mətbuatı
A- A+

Ağsu rayonunda yol qəzası baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Ərəbmehdibəy kəndində qeydə alınıb.
Belə ki, “Shacman” markalı yük maşını Şirvan kanalı üzərindəki körpüdən keçərkən idarəetmədən çıxaraq kanala aşıb.
Nəticədə sürücü, Kəlbəcər rayon sakini, 1967-ci il təvəllüdlü Mübariz Ağa oğlu Mamedov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.















Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agsuda-yuk-masini-su-kanalina-asib-surucusu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR