Çində rəqəmsal iqtisadiyyat 200 milyon iş yeri yaradacaq

Çində rəqəmsal iqtisadiyyat 200 milyon iş yeri yaradacaq
02:12 15 Mart 2019
114 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin rəqəmsal iqtisadiyyatının 2020-ci ilədək 200 milyon yeni iş yeri yaratmaq potensialı var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasının mövzu ilə əlaqədar hesabatında belə qeyd olunur. Hesabatda rəqəmsal iqtisadiyyatın inkişafının məşğulluğun təkmilləşdirilməsi ilə yanaşı, yeni iş yerləri imkanı yaratdığı bildirilir. Sənayedə rəqəmsal transformasiya yeni iş yerlərinin yaradılmasında vacib rol oynayır.

Qeyd olunur ki, rəqəmsal iqtisadiyyatın genişlənməsi, o cümlədən iqtisadiyyatda yüksək texnologiyaların, süni zəkanın daha geniş tətbiqi yeni iş yerlərinin çoxalmasına səbəb olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/738785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR