Türkiyədə təbii fəlakətlərdən zərər görmüş fermerlərə 1,1 milyard lirə təzminat ödənilib

Türkiyədə təbii fəlakətlərdən zərər görmüş fermerlərə 1,1 milyard lirə təzminat ödənilib
02:47 15 Mart 2019
82 Dünya
Ölkə mətbuatı
A- A+

Fermerlərin təbii fəlakətlərdən qorunması məqsədilə Türkiyədə yaradılmış "Kənd Təsərrüfatı Sığortaları Hovuzu"ndan (TARSİM) ötən il təbii fəlakətlərdən zərər görmüş fermerlərə 1,1 milyard lirə təzminat ödənilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən verilən məlumata görə, TARSİM-ə daxil olan bütün kənd təsərrüfatı sahələri dövlət tərəfindən təminat altına alınır.

Ölkədə kənd təsərrüfatı sığortalarının tətbiq olunduğu 2006-2018-ci illər ərzində bu quruma daxil olan bütün sahələr üzrə ümumilikdə 10 milyon 650 min 45 sığorta hazırlanıb. Bu müddət ərzində 4,5 milyard lirə dövlət dəstəyi ilə yanaşı, 5,1 milyard lirə də təzminat olaraq fermerlərə verilib.

Bu il dövlət dəstək sığortasına bir çox yeni sahə daxil edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/738806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR