Avropa İttifaqı "xəbərçiləri" dəstəkləyəcək

Avropa İttifaqı "xəbərçiləri" dəstəkləyəcək
03:12 15 Mart 2019
100 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı (Aİ) qanunlarının pozulması barədə dövlətə məlumat verən "xəbərçilərin" hüquqlarının üzv ölkələrin hamısında qorunmasını nəzərdə tutan tənzimləyici akt qəbul etmək barədə razılığa gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, razılaşmaya görə, vergidən yayınma, korrupsiya, ictimai təhlükəsizlik kimi sahələrdə hüququnun pozulduğu barədə məlumat verən şəxslərin ittifaq miqyasında qorunması təmin ediləcək.

Təşkilatlarda və ya şirkətlərdə qanun pozuntuları ilə bağlı məlumatları sızdıranlar üçün etibarlı kanallar yaradılacaq. Əldə edilmiş razılaşmanın qanuni qüvvəyə minməsi üçün Aİ Şurası və Avropa Parlamentinin bunu rəsmi şəkildə təsdiqləməsi tələb olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/738789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR