Çin dünyanın ən böyük sığorta bazarına çevriləcək

Çin dünyanın ən böyük sığorta bazarına çevriləcək
06:42 15 Mart 2019
112 Dünya
Ölkə mətbuatı
A- A+

Çin 2030-cu illərin ortasında ABŞ-ı qabaqlayaraq, dünyanın ən böyük sığorta bazarına çevriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumat "Swiss Re" analitika təşkilatının hesabatında yer alıb. Bildirilir ki, 2013-cü ildən 2017-ci ilədək Çində həyat sığortasının orta artımı 17 faiz, digər sığorta sahəsində isə artım 16 faiz olub. Qarşıdakı illərdə bu rəqəmlərin nisbətən azalmaq ehtimalı olsa da, Çinin dünyanın ən böyük sığorta bazarına çevrilməsinə mane olmayacaq.

"Swiss Re" təşkilatı "Bir kəmər, bir yol" təşəbbüsü ilə əlaqədar infrastruktura böyük miqdarda investisiyaların yatırılmasının sığorta bazarının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcəyini güman edir. Belə ki, təşəbbüs çərçivəsində ölkə xaricindəki iri layihələr təxminən 28 milyard dollarlıq sığortaya tələbat yaradacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/738870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR