Saat 13:00-da dünyanın gözü İsveçrədə olacaq

Saat 13:00-da dünyanın gözü İsveçrədə olacaq
10:23 15 Mart 2019
98 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq.

Publika.az xəbər verir ki, mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Əvvəlki püşkatmalara əsasən komandalar eyni səbətdən rəqiblərini tanıyacaqlar. Belə ki, komandaların adı “səpələnmişlər” və “səpələnməmişlər”ə bölünməyəcək. Bir ölkəni təmsil edən kollektivlər bir-birləri ilə rəqaib ola bilərlər.

1/4 finala qatılacaq komandalar

“Barselona” (İspaniya)

“Ayaks” (Hollandiya)

“Yuventus” (İtaliya)

“Liverpul” (İngiltərə)

“Mançester Yunayted” (İngiltərə)

“Mançester Siti” (İngiltərə)

“Tottenhem” (İngiltərə)

“Portu” (Portuqaliya)

Turnirin təqvimi belədir:

9-10 və 16-17 aprel - 1/4 final

30 aprel–1 may və 7-8 may - yarımfinal

1iyun - final

Finala İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” statdionu ev sahibliyi edəcək.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/272741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR