Azərbaycanlıların yeni qazanc yeri

Azərbaycanlıların yeni qazanc yeri
18:06 14 Yanvar 2015
145 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulda yaşayan azərbaycanlılar ayda 50 dəfə Rusiyaya səfər edirlər.

ANS PRESS-in məlumatına görə, Türkiyə və Rusiya arasında viza prosesinin sadələşdirilməsindən sonra azərbaycanlılar hər gün 2,5 saatlıq təyyarə səfərini gözə alaraq türk tekstil şirkətlərinin məhsullarını Rusiyaya daşıyır.

Gerçək adını vermək istəməyən və özünü Sami olaraq təqdim edən 35 yaşındakı Azərbaycan vətəndaşı Anadolu agentliyinə verdiyi açıqlamda rus şirkətlərin türk tekstil məhsullarına böyük maraq göstərdiyini söyləyib.

Bu işin "çamadan ticarəti" deyil "daşımaçılıq" olduğunu ifadə edən Sami İstanbulda yaşayan azərbaycanlıların böyük qisminin bu yolla pul qazandığını ifadə edib.

Ayda 5 min 800 TL-dən çox qazandığını deyən Sami son üç ildir hər gün İstanbul və Moskva arasında uçduğunu qeyd edib.

Sami Rusiyada, xüsusilə Moskvanın cənubundakı Sadovod bazarında müştərilərinin olduğunu söyləyib.

Sami rus sərmayəçilərin türk tekstil şirkətləri ilə təmasa keçdiyini və yükün kilosuna 15-16 dollar ödədiklərini söyləyib. O bildirib ki, əgər məhsullar normal yük ilə gondərilərsə kilosuna 5-6 dollar daha az ödəniş edilir, ancaq bu məhsulların Rusiyaya çatdırılması 10 günə mümkün olur.

Qeyd edək ki, Türkiyədə ötən il ərzində "çamadan ticarəti" 7,4 milyard dollara çatıb. SSRİ-nin dağılmasından sonra Rusiya, Rumıniya, Gürcüstan, Azərbaycan və Ermənistandan Türkiyəyə gələnlər "çamadan ticarəti" ilə məğul olmağa başlayıblar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319697

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR