Bu ərazilərdə işıq sönəcək

Bu ərazilərdə işıq sönəcək
10:42 15 Mart 2019
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Qobustan qəsəbəsi, Kötəl kəndi və Ələt bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.

"Azərişıq" ASC-dən Milli.Az-a verilən məlumata görə, fasilələr Qaradağ ərazisində yerləşən 110/35/6 kV-luq "AEK" və 35/10 kV-luq "Ələt-Bağlar" yarımstansiyalarında aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/739117.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR