Rusiyada “qanuni oğru”lara verilən cəzalar sərtləşdirildi - YENİ QANUN

Rusiyada “qanuni oğru”lara verilən cəzalar sərtləşdirildi - YENİ QANUN
11:47 15 Mart 2019
106 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Dövlət Duması üçüncü oxunuşdan sonra "qanuni oğru"lara cəza verilməsi barədə qanun layihəsini qəbul edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, qanun cinayət qruplaşmalarının liderlərinin məsuliyyətə cəlb edilməsini nəzərdə tutur. Sənədə əsasən, əgər "qanuni oğru" cinayət ierarxiyasında yüksək mövqe tutursa, 8-15 il azadlıqdan məhrum etmə cəzası və 5 milyon rubl cəriməyə məhkum edilə bilər.

Bundan sonra "qanuni oğru"lara şərti cəza vermək və minimum cəza ilə həbsxanaya göndərmək mümkün olmayacaq. Bundan başqa cinayət "razborkaları"nda iştirak etmək də 12-20 il həbs cəzası və 1 milyon rubl cərimə ilə nəticələnə bilər.

Təkcə ötən il Rusiyada 36 "qanuni oğru" saxlanılıb. Onlardan 8-i deport edilib. Hazırda 77 "qanuni oğru" həbsdədir. Bu isə Rusiya ərazisində fəaliyyət göstərən kriminal bossların üçdə biri deməkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/739128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR