Müsəlmanlara hücum edən cinayətkarın Ərdoğan çağırışları hər kəsi şoka saldı - FOTO/VİDEO

Müsəlmanlara hücum edən cinayətkarın Ərdoğan çağırışları hər kəsi şoka saldı - FOTO/VİDEO
13:33 15 Mart 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə silahlı hücum edən cinayətkar Brenton Tarantın silahının üzərindəki yazılar diqqət çəkib.

Publika.az xəbər verir ki,cinayətkarın hücumdan öncə sosial media hesabında silahının fotolarını paylaşıb.

Fotolarda silahın üzərində “türk yeyici”, Osmanlı İmperatorluğunun məğlub olduğu II Vyana döyüşünün tarixi (1683) və xaçlı yürüşlərinin şüarı olan “Tanrı bunu istədi” sözlərinin yer aldığı görünür.

Sürsatlardan birinin üzərində Miloş Obiliç adı diqqət çəkib. Miloş Obiliç tarixdə Kosova döyüşündə Osmanlı Sultanı Muradı zəhərləyərək şəhid edən serbiyalı kimi tanınır. Bundan başqa, Əndəlüs ərəblərinin Parisin cənubunda franklara məğlub olması və Avropadakı irəliləyişlərinin dayanması tarixini göstərən 732 rəqəmi də fotolarda görünüb.

Cinayətkar hücum ərəfəsində sosial şəbəkələrdə yaydığı manifestində Almaniyanın kansleri Angela Merkeli və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanı da qətlə yetirməyə çağırıb.

Qeyd edək ki, sözügedən hücum nəticəsində 40 nəfər ölüb, 20 nəfər yaralanıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/272776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR