Obamanı qızları Beyonseni dinlədiyi üçün qınayırlar

Obamanı qızları Beyonseni dinlədiyi üçün qınayırlar
18:13 14 Yanvar 2015
132 Dünya
Ölkə mətbuatı
A- A+

Azəbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Məftun Salmanov/

Arkanzas ştatının eks-qubernatoru Mayk Hakabi ABŞ Prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel Obamanı qızlarının Beyonsenin mahnılarına qulaq asmasına icazə vermələrinə görə ittiham edib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, M.Hakabi bildirib ki, Obama ailəsi bir tərəfdən qızlarının qayğısına qalır, digər tərəgdən isə belə bir səhvə yol verir: "Mən başa düşmürəm ki, qızlarının nə qədər brokkoli yediyini hesablayan Obama ailəsi Beyonsenin mahnılarının mətnlərindəki biabırçılığı necə görmür".

Onun sözlərinə görə, ifaçının mahnılarının mətni təhqiredici və zəka üçün zəhərlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR