ÇL-də həftənin ən yaxşı oyunçusu açıqlandı

ÇL-də həftənin ən yaxşı oyunçusu açıqlandı
19:27 15 Mart 2019
116 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən, "Yuventus"un hücumçusu Kriştianu Ronaldu ən yaxşı seçilib.

Portuqaliyalı oyunçu səsvermədə  Lionel Messi ("Barselona"), Sadio Mane ("Liverpul") və Leroy Saneni ("Mançester Siti") qabaqlayıb.

Qeyd edək ki, Ronaldu 1/8 finalın "Atletiko" ilə cavab görüşündə (3:0) het-trikə imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/739311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR