Ağdaşda mikroavtobus yol qəzasına düşüb

Ağdaşda mikroavtobus yol qəzasına düşüb
22:27 15 Mart 2019
113 Digər
Ölkə mətbuatı
A- A+

Ağdaş rayonunda mikroavtobus yol qəzasına düşüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 260-cı km-də, Ağdaş rayon Ləki kənd ərazisində qeydə alınıb.
Şəmkir rayon sakini, 1965-ci il təvəllüdlü Elçin Qasımovun idarə etdiyi "57-BZ-611" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı mikroavtobus yola çıxan inəyi vuraraq öldürüb. Yol qəzası zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə zərər dəyib.
Mikroavtobus Bakıdan Şəmkir istiqamətində hərəkətdə olub.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agdasda-mikroavtobus-yol-qezasina-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR