Bu qadınlara cinsi əlaqə qadağandır! - GİNEKOLOQ AÇIQLADI

Bu qadınlara cinsi əlaqə qadağandır! - GİNEKOLOQ AÇIQLADI
22:32 15 Mart 2019
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Qadınları ən çox maraqlandıran suallardan biri də hamiləlik zamanı cinsi əlaqədə olmağın mümkün olub-olmadığıdır. 

Bəs, hamiləlik zamanı cinsi əlaqədə olmağın dölə və ya hamiləliyə zərərləri varmı? Adətən, qadınları hamiləliklərinin ilk dövrlərində vaxtaşırı cinsi əlaqədə olmağı arzulayırlar. Hamiləlik zamanı gərgin vəziyyətdə olan qadının psixoloji durumunun normal olması üçün bu, vacib amillərdən sayılır. 

Milli.Az bildirir ki, medicina.az bu mövzu ilə bağlı ginekoloq Mehriban Musayevadan açıqlama alıb.

- Hamiləlik zamanı cinsi əlaqədə olmaq çanaq dibi əzələləri və uşaqlıq üçün yaxşı gimnastikadır. Buna görə də hamilə qadınların sekslə məşğul olmaları  onların doğuşa hazırlaşmalarına komək olur.    

- Amma bəzi hallarda bu zövqdən imtina etmək tələb olunur. Buna səbəb cinsi əlaqədə olmağın çox zaman hamiləlik üçün təhlükə yaratmasıdır. 

- Dölün düşük təhlükəsi olarsa, həmçinin, USM müayinəsi zamanı ciftin aşağıda yerləşdiyi müəyyən edildikdə cinsi əlaqəyə icazə verilmir. 

- Hamiləliyin son 3 ayında da cinsi yaxınlıq təhlükəli hesab edilir. Əks halda dölün düşməsi, vaxtından əvvəl doğuş, qarında ağrılar, qanlı axıntı, dölətrafı mayenin axması, ciftin qopması, cinsi sistemdə iltihablaşma, zədələnmə kimi problemlər meydana gələ bilər. 

- Hamilə qadınlar mütləq ginekoloqla məsləhətləşməlidirlər. Əgər həkim cinsi əlaqənin hamiləliyə və dölə zərər vuracağını bildirərsə, onda bundan tamamilə imtina etmək məsləhətdir. 

Unutmaq olmaz ki, hər bir qadının orqanizmi individualdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/738523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR