Rus hərbi bazasına hücum (FOTO)

Rus hərbi bazasına hücum (FOTO)
18:21 14 Yanvar 2015
127 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənilər Gümrüdə yerləşən Rusiyanın 102 saylı hərbi bazasına hücum kaçiblər.

ANS PRESS-in məlumatına görə, Gümrüdə Avetisyan ailəsinin 6 üzvünün qətlində şübhəli bilinən rus əsgərinin Ermənistana təhvil verilməsi tələbi ilə çıxış edən etirazçılar Rusiya hərbi bazasına doğru hərəkət edir.

Polis rəisi Vardan Nadaryan onları sakitliyə riayət etmələrinə səsləsə də buna nail ola bilməyib. Aksiya iştirakçıları polisə tabe olmayın. Nəticədə polis hərbi bazaya gedən yolu bağlamağı əmr edib.

Qeyd edək ki, yanvarın 12-də Gümrüdə Avetisyan ailəsinin altı üzvü güllələnərək öldürülmüşdü. Sonradan qətli Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovun tərəfindən törədildiyi məlum olmuşdu. Bundan sonra Ermənistanda Rusiya əleyhinə aksiyalar alovlanmışdı. Aksiyalarda Rusiya prezidenti Vladimir Putinin Ermənistandan üzr istəməsini istəyənlər də var idi.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR