Oğuzda yaşlı qadını avtomobil vurdu

Oğuzda yaşlı qadını avtomobil vurdu
03:33 16 Mart 2019
153 Ölkə
Ölkə mətbuatı
A- A+

Oğuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Xaçmaz kəndi ərazisində qeydə alınıb.

Xanlar Ferzand oğlu Zərbəliyev idarə etdiyi "90-MU-605" dövlət qeydiyyat nişanlı "VAZ- 21015" markalı minik avtomibili ilə hərəkətdə olarkən, yolu keçmək istəyən Mingəçevir şəhər sakini, 1951-ci il təvəllüdlü Həyat Həsən qızı Gülməmmədovanı vurub. Yaralı vəziyyəti ağır olduğu üçün "təcili yardım" maşını ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan verilən məlumata görə, 68 yaşlı H.Gülməmmədova qapalı kəllə-beyin travması diaqnozu ilə tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib,vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/272855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR