Bədənin sizdən yardım istədiyini göstərən 8 İŞARƏ

Bədənin sizdən yardım istədiyini göstərən 8 İŞARƏ
06:08 16 Mart 2019
Ölkə mətbuatı
A- A+

Bədən çox mükəmməl qurulmuş bir mexanizmdir. Səhhətimizdə problemlər yarandığı zaman bədən müəyyən siqnallar ötürməyə başlayır.

Publika.az bu yazıda oxucuları orqanizminizin siqnal verdiyini göstərən 8 işarə ilə tanış edib.

Yuxusuzluq, aqressiya və ayaq ağrıları

Bu əlamətlər o deməkdir ki, orqanizmin maqnezium və kaliuma ehtiyacı var. Həyatı faktorları yeniləmək üçün gündəlik rasionunuza pomidor, portağal, banan və ispanaq əlavə edin.

Quru dəri

Dərinin quruluğu E vitamini çatışmazlığını göstərir. Odur ki, daha çox tərəvəz, yağ, fındıq və balıq yeyin.

Şirniyyat istəyir

Birdən-birə şirniyyata ehtiyac duyursunuzsa, bu, stress keçirtdiyinizi, depressiyaya düşdüyünüzü və ya yorğun olduğunuzu bildirir.

Buz yemək istəyi

Buz yemək istəyiniz varsa, bu, dəmir çatışmazlığına işarə edir. Dəmirin ən yaxşı dəmir qaynaqları inək əti və yumurtadır.

Diş əti qanaması

Dişlərinizi fırçalayarkən diş ətləri qanayırsa, bu, C vitamini çatışmazlığını bildirir. Gündəlik menyunuza bunları əlavə edin: ispanaq, yaşıl və qırmızı bibər, pomidor, kələm, gül kələm və gül kələmi.

Kövrək dırnaqlar

Orqanizminiz sizə B vitamininin əskik olduğunu deyir. Daha çox süd içməlisiniz.

Göz ətrafı qaralığı

Bu cür halqalar 50 yaşdan yuxarı insanlarda görülə bilər və bu, normaldır. Ancaq daha gənc bir insanda ortaya çıxırsa, o zaman bu, yüksək xolesterin səviyyəsinə işarədir. Bu məsələdə həkimlə məsləhətləşin.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/272735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR