Kür çayının üzərindən keçən körpünün təmirdən sonra açılışı olub

Kür çayının üzərindən keçən körpünün təmirdən sonra açılışı olub
10:43 16 Mart 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Ceyhun Ələkbərov - Trend:

Salyan rayonunda Kür çayının üzərindən keçən körpünün açılış mərasimi baş tutub.

Trend-in məlumatına görə, 25 il bundan əvvəl tikilib istifadəyə verilən körpü ötən il iyun ayının 1-dən əsaslı təmirə dayandırılmışdı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzarəti ilə yenidən qurulan körpü bu gündən vətəndaşların istifadəsinə verilib.

Açılış mərasimində AAYDA-nın İdarə Heyətnin sədri Saleh Məmmədov, Rayon İcra Hakimiyyətinin nümayəndələri və millət vəkilləri iştirak ediblər.

Qeyd edək ki, Ələt-Astara magistralının 54-cü kilometrliyində inşa olunmuş körpüdən və Salyan-Babazənən körpüsündən alternativ yol kimi istifadə edilir. Uzunluğu 316, piyada keçidləri ilə birlikdə eni 12 metr olan körpü 6 aşırımlıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3033968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR