Vaqif Cavadov məşqlərə gec başlayacaq

Vaqif Cavadov məşqlərə gec başlayacaq
18:27 14 Yanvar 2015
120 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov Türkiyənin "Qaziantep BB" klubunun yanvarın 13-dən başlanan təlim-məşq toplanışına gec qoşulacaq. Fanat.az xəbər verir ki, bu barədə report.az-a 26 yaşlı hücumçunun özü məlumat verib.


Hazırda Bakıda olan Cavadov Antalya bölgəsinə sabah yollanacağını bildirib. Onun sözlərinə görə Bakıda ləngiməsinin səbəbi klub rəhbərliyinin legioner futbolçulara 2 gün əlavə istirahət verməsidi. 


Klubdan ayrılacağı ilə bağlı söz-söhbətlərə bir daha münasibət bildirən futbolçu ona rəhbərlik tərəfindən heç nə deyilmədiyini söyləyib.


Qeyd edək ki, Vaqif Cavadov 2014-cü ilin yayında Türkiyə I Liqasında çıxış edən "Qaziantep BB" ilə 1+1 illik müqavilə bağlayıb. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-vaqif-cavadov-mqlr-gec-balayacaq-t18812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR