Nazir: Azərbaycan və İran birgə beynəlxalq ticarət şirkəti yaradacaq

Nazir: Azərbaycan və İran birgə beynəlxalq ticarət şirkəti yaradacaq
15:29 16 Mart 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Elnur Bağışov - Trend:

İran və Azərbaycan prezidentləri ikitərəfli münasibətlərin inkişafı ilə bağlı ciddi iradə nümayiş etdirir.

Bunu İranın iqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd Trend-ə verdiyi açıqlamasında deyib.

F.Dejpəsəndin sözlərinə görə, Azərbaycan və İran birgə beynəlxalq ticarət şirkəti yaradacaq: "İran və Azərbaycan həm birgə investisiya şirkətləri, həm də birgə fondlar yaratmaq niyyətindədir. Bununla da azərbaycanlı və iranlı iş adamları daha asan şəkildə işləyə biləcəklər".

İranlı nazir Rəşt-Astara dəmiryolunun iki il ərzində istismara verilməsinin nəzərdə tutulduğunu da deyib.

Ötən gün Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 13-cü iclası keçirilib.

İclasın sonunda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 13-cü iclasının yekunlarına dair Protokol imzalanıb.

Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd imzalayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3034046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR