Aqolli "Qarabağ"la belə vidalaşdı - FOTO

Aqolli "Qarabağ"la belə vidalaşdı - FOTO
15:42 16 Mart 2019
158 İdman
Ölkə mətbuatı
A- A+

Qarabağ"ın müdafiəçisi Ansi Aqolli ötən gün Ağdam klubu ilə vidalaşıb.

Milli.Az xəbər verir ki, 36 yaşlı futbolçu üçün Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Səbail"lə səfər matçında vida mərasimi təşkil edilib.

Qeyd edək ki, Aqolli 2010-cu ildən "Qarabağ"da çıxış edirdi. Albaniya millisinin sabiq üzvü Ağdam klubunda 5 dəfə ölkə çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb. Aqolli karyerasını ABŞ-ın "Nyu-York Kosmos"  klubunda davam etdirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/739490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR