Şirvanda yataqxanada yanğın baş verib

Şirvan şəhərində beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ümumi sahəsi 25 m² olan otağın eyvanının lambirindən ibarət yanar konstruksiyaları 5 m² sahədə və bitişik digər eyvanın lambirindən ibarət yanar konstruksiyaları 2 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, yanğın zamanı həcmi 40 litr olan məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.

Otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR