Goranboyda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Goranboyda yolu keçən piyadanı avtomobil vurub öldürdü
08:22 17 Mart 2019
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 15-də saat 23 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Astara şəhər sakini G.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Goranboy şəhər sakini Eldar Əmrahovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3034195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR