ABŞ-da Novruz Festivalı - FOTO

ABŞ-da Novruz Festivalı - FOTO
09:04 17 Mart 2019
121 Digər
Ölkə mətbuatı
A- A+

 
ONA-nın ABŞ bürosunun verdiyi xəbərə görə, ötən gün Texas Ştatının Hyuston şəhərində Novruz festivalı təşkil edilib. 
 
Festivalda türkdilli ölkələr Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan təmsil olunub. Texas Ştatında fəaliyyət göstərən türkdilli cəmiyyət və təşkilatların təşkil etdiyi şənlikdə hər ölkəyə məxsus stendlər qurulub.
 
Həmin stendlərdə türk xalqalrının adət-ənənələrini əks etdirən əşyalar sərgilənib. Sonda məktəblilərin ifasında milli rəqs nümunələri nümayiş etdirilib.
 
Festival yerli əhali tərəfindən böyük maraqla qarşılanıb. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308723

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR