Emin Milli: "Azərbaycana qayıtmaq, prezidentdən müsahibə götürmək istəyirəm"

Emin Milli: "Azərbaycana qayıtmaq, prezidentdən müsahibə götürmək istəyirəm"
12:08 17 Mart 2019
102 Digər
Ölkə mətbuatı
A- A+

Meydan TV-nin Almaniyada yaşayan rəhbəri Emin Milli Prezidentin imzaladığı əfv sərəncamı ilə bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, Emin Milli feysbukda yazı paylaşaraq həyata keçirilən islahatları yüksək qiymətləndirdiyini bildirib:

"İlham Əliyevi hər zaman tənqid edən bir vətəndaş kimi ona xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bizim mübarizəmizin, ictimai fikrin böyük rolu var, amma Əliyevin son addımları və bu addımı da onun özünün cəsarətli qərarlarıdır. Demokratik ölkələrdə hər zaman ictimaiyyətin fikri nəzərə alınır və heç bir prezident buna diqqət ayırdığı üçün zəif, gücsüz hesab edilmir".

Emin Milli əlavə edib ki, siyasi məhbus hesab edilən şəxslərin bir qisminin azad edilməsi zəifliyn deyil, məhz real siyasi gücün və özünə əminliyin nümayişidir: "100-150 insanı həbsdə saxlamaqla nə hakimiyyət alınır, nə də itirilir. İlham Əliyevi dəvət edirəm bu siyasi xətti davam etdirsin və Azərbaycanı yavaş-yavaş real islahatlara doğru aparsın".

Meydan TV-nin rəhbəri ölkəyə qayıtmaq istədiyini də qeyd edib: "Çox istəyərdim ki, Azərbaycana qayıdım və İlham Əliyevdən belə real islahatlar haqqında Meydan TV-də canlı intervyu alım. İlham Əliyev bunları etsə, həm ölkədə, həm də dünyada çox pozitiv, güclü, qorxmaz və maraqlı bir lider kimi böyük rəğbət qazanar və bütün Azərbaycanı irəliyə aparar. İlham Əliyev 16 ildir hakimiyyətdədir. Ancaq indi, məhz hakimiyyətinin 16-cı ilində baş verən bu dəyişikliklər onun hakimiyyətini daha da möhkəmlədə bilər.

Mən siyasətçi deyiləm və mənim üçün kimin hakimiyyətdə olması yox, ölkənin necə idarə olunması daha vacibdir. Hər zaman düzü tərifləyib, səhvi göstərən biri kimi bu gün İlham Əliyevi ictimai fikrə önəm verərək, belə bir addım atdığı üçün təbrik edirəm. İnanıram ki, bir gün o Meydan TV-də müsahibə verəcək və tariximizdə yeni bir mərhələnin gəldiyini bəyan edəcək.

Düşünə bilərsiz ki, mən xəyalpərəstəm. Ola bilər. Amma mən səmimi inanıram ki, hər kəs dəyişə bilər və ətrafını da müsbət istiqamətdə dəyişdirər. Davamı gəlsin".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/272964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR