Salyanda qəza: ana və 2 yaşlı uşağı xəsarət aldı

Salyanda qəza: ana və 2 yaşlı uşağı xəsarət aldı
14:27 17 Mart 2019
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün günorta saatlarınada yeni Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən 62-ci km-də qəza baş verib.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, "Mercedes-C" markalı minik avtomaşını hərəkətdə olarkən arxadan, qarşısında gedən Abşeron rayon sakini Rövşən Əliyevin idarə etdiyi "VAZ-2107" markalı maşına çırpılıb. Qəza nəticəsində "VAZ-2107"də olan sərnişinlər - sürücünün həyat yoldaşı, Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini, 24 yaşlı İlkanə Aydın qızı Əliyeva və 2 yaşlı oğlu Yunis Rövşən oğlu Əliyev müxtəif dərəcəli bədən xəsarətləri aldıqlarından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/739689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR