Stalinin smartfonu olsaydi…

Stalinin smartfonu olsaydi…
19:05 17 Mart 2019
136 Maraqlı
Ölkə mətbuatı
A- A+

Mənim İosif Stalinə yazığım gəlir. O, hər bir insanın davranışını proqnozlaşdıracaq və ona nəzarət edə biləcək totalitar cəmiyyət yaratmaq arzusunda idi. Ancaq Stalin bir əsr sonra anadan olmalı idi. O zaman diktator olmasını asanlaşdıracaq texnologiya dövründə yaşayardı!

Birincisi, onun daha yaxşı nəzarət avadanlıqları olacaqdı. Çağımızda ən operativ əlaqələr kompüter vasitəsi ilə qurulur, buna görə də, həmişə nələrin baş verdiyinə dair elektron qeydlər var.

İnternet tezliklə hər şeyin - soyuducular, saatlar, eynəklər, telefonlar və təhlükəsizlik kameralarının hər bir hərəkətimizi qeydə alacağı deməkdir.

2017-ci ildə Levi Strauss interaktiv cins gödəkcə hazırlamışdı, sensorlar hətta barmağın qaldırılması da daxil olmaqla, hər hərəkətini təsbit etmək və ötürmək üçün idi.

Tezliklə prokurorlar sürücüsüz avtomobillərimizi istintaqa çağıracaq və ondan bizi çatdırdığı hər yer barədə məlumat ala biləcəklər.

Çində vətəndaşları izləmə texnologiyası daha mükəmməldir. Pekində, icarədarların mənzillərini qeydiyyatsız kirayə verməməsi üçün üz tanımadan istifadə olunur.

"Yitu" şirkəti isə işçilərin hərəkətlərini qeyd edən sistem qurub; onların tualetə və ya istirahət otağına gedişi belə izlənir. Bu, müasir diktatorlara tam lazımlı bir sistemdir.

İkinci yerdə süni intellektdir. Şoşana Zuboff "Gözətçi Kapitalizm Çağı" adlı kitabında yazır ki, "Google"-dan istifadə etdiyiniz zaman "Google"-un müştərisi deyilsiniz. Siz "Google"-un xammalısınız. "Google" hər bir hərəkətinizi qeyd edir; davranışınızı təxmin edən modelləri inkişaf etdirir və sonra bu modelləri faktiki müştərilər olan reklamvericilərə satır.

Bu biznes modeli sayəsində dünyada ən yaxşı zehin sahibləri şəxsi istehlakı öngörən vasitələrin təkmilləşdirilməsinə on milyardlarla dollar sərf edib. Bu texnologiya da istənilən müasir Stalin üçün əlverişlidir.

Üçüncüsü, böyük məlumatlar sayəsində bugünkü Stalin, çinlilərin istifadə etdiyi sistemlər kimi, böyük Sosial Kredit Sistemi qura biləcək.

Hökumətlər, banklar və onlayn tanışlıq saytları hər kəsin məlumatlarını toplayır. Borclarınızı ödəyirsinizmi? Neçə saat video oyun oynayırsınız?

Hesabınız çox aşağı olarsa, "qara siyahıya" düşə bilərsiniz. Bəlkə də muzeyə getməyəcəksiniz. Təyyarədə uça, oteldə qala, ticarət mərkəzinə baş vura və ya liseydən məzun ola bilməyəcəksiniz. Qızınız sevimli universitetindən qovulacaq.

Stalin dövründə sosial intizam çox sərt idi. Sınaqdan keçməli idiniz. Kimisə QULAQ-a göndərməli və ya "təmizləmə" təşkil etmək lazımıdı. İndi əziyyətiniz azacıqdır və hər yerdə mövcud ola bilər. Bu, despotizmin pozulmuş pəncərələr nəzəriyyəsinə bənzəyir. Kiçik sapmaları cəzalandıraraq, böyüklərin baş verməsinə daima maneə törədirsiniz.

Dördüncüsü, inqilab yaratmaqdan ötrü onun bütün çətinliklərindən keçməyə ehtiyac yoxdur. Yalnız "Faust" sayağı sövdələşin. Gündə səkkiz saat heyvan videoları və "mem" paylaşmaq təklif edirsiniz; onlar isə sizə məxfiliklərini təslim edir, əvəzində istifadəçilərn beyinlərindən istifadə edə bilərsiniz.

Onlayn həyat genişləndikcə, qonşuluq həyatı və sosial inam azalır. İctimai struktur parçalandıqca, sosial təcrid yüksəlir və onlayn ittiham və fırıldaq çoxalır, insanlara dövlətin etibarını bərpa etmək üçün hansı addımı atmalı olduğunu söyləyirsiniz. Bir neçə addımla onların onlayn həyatını tam şəkildə tənzimləmə icazəsi alırsınız.

Bu da əslində, Çində baş verənlərdir.

Corc Oruell və Aldus Haksli başa düşmüşdü ki, yaxşı totalitar quruluş istəyirsinizsə, davranışa nəzarət etmək kifayət deyil. Tam hakimiyyət üçün insanların ağıllarına nəzarət edilməlidir. Müasir informasiya texnologiyaları ilə dövlət hətta intim məlumat mühitimizi formalaşdıra bilər.

21-ci əsrin Stalini üçün hər şeyin asan olacağını iddia etmək istəmirəm. Amma müasir texnologiya insanları idarə etməni asanlaşdırır, lakin insanlara nəzarət onlarda həm də güclü qəzəb yaradır.

İnsanlar əllərində smartfon tutduqda hərəkət sərbəstliyi, azadlıq və ləyaqətə sahib olmağın vacibliyini düşünürlər. İnformasiya şəbəkəsində əsirə çevrildiklərini bildikdə, buna təpki verirlər.

Qəzəbli hərəkətlər və qruplar (moblar) kortəbii yaranır. Nəticə - elit hökmranlıq və populist iğtişaşlar.

Bəşər tarixi - hakimiyyət uğrunda mübarizədir. Hər bir nəsil, sadəcə əyləncələr üçün hansısa oyunda iştirak edir.

Biz yeni vasitələrin hakimiyyəti demokratikləşdirəcəyini düşünürdük, ancaq iqtidarlar onları mərkəzləşdirib.

Diktatorların üçün bahar mövsümü başlayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/739246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR