Heroin satıcıları tutuldu

Heroin satıcıları tutuldu
20:14 17 Mart 2019
119 Digər
Ölkə mətbuatı
A- A+

 
Ağsu rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları şəhəri sakini, 1977-ci il təvəllüdlü İslamov Şahin Babaşah oğlunun gödəkçəsinin cibindən 0,177 qram narkotik vasitə olan heroin aşkar ediblər.  
 
ONA-nın yerli bürosunun məlumatına görə, Ş. İslamovun narkotik vasitəni Kürdəmir şəhər sakini 1986-ci il təvəllüdlü Mürsəliyev İlqar Babaş oğlundan aldığı müəyyənləşdirilib.
 
İ. Mürsəliyev Ağsu rayonuna gələrkən taksi kimi xidmətindən istifadə etdiyi Yusifov İsmayıl Mövsüm oğluna məxsus “Lada Granata” markalı “99 FZ 071” dövlət nömrə nişanlı avtomobildə saxlanılaraq RPŞ-yə gətirilib. Baxış zamanı avtomobildə  2 ədəd siqaret kağızına bükülmüş çəkisi 0,355 qram olan narkotik vasitə olan heroin aşkarlanıb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrilə cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308755

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR