ABŞ KİV-dən ədalətli mövqe: erməni işğalı və vandalizmi

ABŞ KİV-dən ədalətli mövqe: erməni işğalı və vandalizmi
22:53 17 Mart 2019
112 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın nüfuzlu “Vaşinqton Tayms” qəzetinin müxbiri Monika Krouli və tanınmış 77 VABC radiosunun aparıcısı Con Baçelor Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevdən müsahibə alıb.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, Con Baçelor tərəfindən aparılan radio proqramı təkcə ABŞ-da deyil, beynəlxalq aləmdə geniş auditoriyaya malik siyasi şou proqram kimi tanınır. Müsahibə zamanı Con Baçelor 20-ci əsrin sonlarından başlayaraq erməni qəsbkarlarının işğal siyasəti nəticəsində azərbaycanlıların öz doğma torpaqlarından qovulduqlarını qeyd edib. O, bəzi ABŞ konqresmeni və siyasətçilərin güclü erməni lobbisinin təsiri altında olduğunu vurğulayıb və bunun yaxşı hal olmadığını söyləyib.

Onun sözlərinə görə, erməni lobbisi Amerika ictimaiyyəti arasında saxta məlumatlar yayır.

Con Baçelor qoşunların təmas xəttinə səfər etdiyini və gördüklərindən çox məyus qaldığını bildirib. İşğal altında qalan geniş və zəngin Azərbaycan torpaqlarının dağıntıya məruz qaldığı, torpaqların becərilmədiyi, ermənilər tərəfindən su resursları və bəndlərindən sui-isifadə edildiyi və Azərbaycan tərəfinə külli miqdarda ziyan vurulduğu, bunun təhlükəli vəziyyət yaratdığı amerikalı aparıcı tərəfindən xüsusilə vurğulanıb.

Tural Gəncəliyev erməni təcavüzü, hərbi işğal nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərinin işğalı, azərbaycanlıların etnik təmizləməyə məruz qaldığı haqqında məlumat verib. Bölgədə daimi və ədalətli sülhün bərqərar olmasının yeganə yolunun işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və oradan qovulmuş azərbaycanlı əhalinin öz torpaqlarına geri dönüşü ilə mümkün olduğu bildirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/273001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR