Səudiyyəli nazirdən Bakıda KRİTİK AÇIQLAMA

Səudiyyəli nazirdən Bakıda KRİTİK AÇIQLAMA
01:28 18 Mart 2019
Ölkə mətbuatı
A- A+

OPEC+ ölkələri hasilatın azaldılması ilə bağlı öhdəliyi 90%-ə yaxın yerinə yetirib.

Publika.az xəbər verir ki, bunu Bakıda Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih deyib.

O əmin olduğunu bildirib ki, öhdəliyi yerinə yetirməyən ölkələr tezliklə vədlərinə əməl edəcəklər.

Nazir bazara əminliyin tədricən qayıtdığını, lakin hələ çox işlər görülməli olduğunu, monitorinqlərin davam edəcəyini qeyd edib.

O bildirib ki, aprel ayında Səudiyyə Ərəbistanı gündəlik hasilatı mart ayına nisbətdə 0,1 mln. barel azaldacaq və hasilat 9,7 mln. barel təşkil edəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/enerji/273010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR