Arzu Nağıyev: "İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bir daha təsdiq etdi"

Arzu Nağıyev: "İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bir daha təsdiq etdi"
18:47 14 Yanvar 2015
139 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Prezidenti İlham Əliyev Tarif Şurasının ölkədə yanacağın qiymətinin artırılması haqqında qərarını ləğv etməklə daha bir tədqirəlayiq, nümunəvi və öz prinsiplərinə uyğun addım atdı". Bunu Trend-ə siyasi icmalçı Arzu Nağıyev deyib.
 
A.Nağıyev bildirib ki, Tarif Şurasının qərarını ləğv etməklə Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bir daha təsdiq etdi: “Bu, İlham Əliyev və onun siyasətinə xas olan bir addım idi. Söhbət heç də neftin qiymətinin düşməsi, yanacağın qiymətinin artmasından getmir. Azərbaycan Prezidenti mütəmadi olaraq bu cür humanist addımlar atır. Bildiyiniz kimi, 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilib. Azərbaycan nə qədər sənaye və neft dövləti olsa da, aqrar siyasət hər hansı regionda yaşayan Azərbaycan vətəndaşı üçün çox müsbət haldır, onun ailəsinin maddi rifahı üçün atılan bir addımdır. Yəni Prezidentin Tarif Şurasının qərarını ləğv etməsi də sırf əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan bir addımdır. Təsəvvür edin, hər litr üçün artırılan 2 qəpik hər hansı kəndlinin, fermerin Bakıya gətirəcəyi kənd təsərrüfatı məhsulunun qiymətində nə qədər artımın olmasına, daşınma tariflərinin yüksəlməsinə səbəb ola bilərdi. Bunların hamsı Azərbaycan kəndlisinin, fermerinin, əməkçisinin rifahına ziyan vura bilərdi və Prezident öz humanist addımı ilə bunun qarşısını aldı”.
 
O qeyd edib ki, Azərbaycan Prezidenti mütəmadi olaraq bu cür humanist addımlar atır. Prezident İlham Əliyev bu işləri ilə bir daha Azərbaycan vətəndaşının maddi rifahının onun üçün çox vacib olduğunu göstərir: “Məlumdur ki, yeni il qabağı Prezident İlham Əliyev əfv sərəncamı imzaladı və xeyli sayda məhkumun öz ailələrinə qovuşmasına şərait yaratdı. Bundan əvvəl də belə addımlar atılıb”.
A.Nağıyev əlavə edib ki, Prezident İlham Əliyevin bu cür humanist addımları həddən artıq çoxdur: “Dağlıq Qarabağ münaqişəsi zamanı əsir, itkin düşmüş, girov götürülmüş şəxslərin ailələri ilə bağlı verilən sərəncamlar, fərmanlar, saxta erməni iddiası ilə həbs edilərək müxtəlif ölkələrdə saxlanılan hərbçilərimizin Azərbaycana qaytarılması, onların müalicə edilməsi, məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə həyata keçirilən dövlət proqramları və s. bu kimi işlər Prezidentin humanistliyini, öz vətəndaşları üçün əlindən gələni etməyə hazır olduğunu göstərən bariz bir nümunədir”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/319076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR