"Beşiktaş"ın futbolçusu Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb

"Beşiktaş"ın futbolçusu Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb
13:57 18 Mart 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. 
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, MOİK-dən Abbas Ağazadə və Türkiyənin "Beşiktaş" klubunda çıxış edən Hüseyn Seyliğli komandadan kənarlaşdırılıb. Səbəb kimi hər iki oyunçunun zədəli olmaları göstərilib. 
Qeyd edək ki, U-21 yığmasının toplanışı martın 26-dək davam edəcək. Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv toplanış zamanı martın 23-də "Səbail", 3 gün sonra isə MOİK-lə yoxlama oyunları keçirəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/besiktas-in-futbolcusu-millimizin-heyetinden-kenarlasdirildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR