Bakı Ali Neft Məktəbi Qara Dəniz Universitetlər Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir

Bakı Ali Neft Məktəbi  Qara Dəniz Universitetlər Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir
15:37 18 Mart 2019
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbində (BANM) Qara Dəniz Universitetlər Şəbəkəsinin baş katibi,  prof. Eden Mamut, Dayanıqlı İnkişaf üzrə Həllər Şəbəkəsinin (SDSN) Qara Dəniz bölməsinin sədri, Saloniki Aristotel Universitetinin professoru Nikolaos Teodosiou və Ruminiyanın sabiq baş naziri Petre Roman ilə BANM-ın rektoru Elmar Qasımov və professor-müəllim heyəti arasında görüş keçirilib. Görüşdə həmçinin Moldova Texniki Universitetinin rektoru prof. Viorel Bostan və Ukraynanın Zaporojye Milli Texniki Universitetinin rektoru prof.Sergiy Byelikov da iştirak ediblər. 

Milli.Az xəbər verir ki, qonaqları BANM-da salamlayan rektor Elmar Qasımov onlara Ali Məktəbin fəaliyyət istiqamətləri, ixtisasları, professor-müəllim heyəti və tələbələri haqqında geniş məlumat verib. Ali Məktəbin yerli və transmilli şirkətlərlə, o cümlədən bir çox beynəlxalq universitetlərlə yaxın əməkdaşlıq etdiyini bildirən rektor hazırda Erasmus+ və digər beynəlxalq proqramlar çərçivəsində tələbə, eləcə də müəllimlər arasında Avropanın tanınmış universitetləri ilə mübadilə aparıldığını söyləyib. 

Qara Dəniz Universitetlər Şəbəkəsinin baş katibi,  prof. Eden Mamut qonaqpərvərliyə görə rektora təşəkkür edərək bildirib ki, BANM-a səfərlərinin əsas məqsədi Qara Dəniz Universitetlər Şəbəkəsilə Ali Məktəbin əməkdaşlığının yeni inkişaf istiqamətlərini müəyyən etdirməkdir. 

Görüşdə digər universitetlərdən gələn rektorlar rəhbərlik etdikləri ali təhsil müəssisələri haqqında ətraflı məlmat verib və BANM ilə tələbə-müəllim mübadiləsi, birgə layihələr üzərində işləməyə açıq olduqlarını bildiriblər. 

Müzakirələr zamanı BANM-ın Dayanıqlı İnkişaf üzrə Həllər Şəbəkəsinə üzv olması, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün Ali Məktəbdə mərkəz yaratmaq məsələləri müzakirə olunub. 

Görüşdə həmçinin BANM-da Erasmus+ proqramı çərçivəsində təhsil alan 3 nəfər Moldova və 1 nəfər Rumınıyadan olan tələbələr də iştirak edib və qonaqlarla tanış olublar. 

Ali Məktəbdə olarkən qonaqlar həm də kampus ətrafına tur edərək  buradakı infrastrukturla yaxından tanış olublar. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/739970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR